İslam Oyunları: Yığmamız Liviyanı məğlub edib - FOTO
04.11.2025 - 19:25
İslam Oyunları: Yığmamız Liviyanı məğlub edib - FOTO

Bu gün futzal üzrə Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.

Apasport.az xəbər verir ki, yığma A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib.

Görüş komandamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.