"Qarabağ" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Azad agent statusu daşıyan Aleksey Kaşukla bir müddətdir aparılan danışıqlar müsbət nəticələnib və ukraynalı futbolçu heyətə cəlb edilib.
Ağdamlılarla 24 yaşlı hücumameylli yarımmüdafiəçi arasında 3 illik müqavilə imzalanıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.