Azər Bağırov: "Bu qələbə ilə çox şeyi geri qaytara bildik"
13.02.2024 - 21:54
Azərbaycan Premyer Liqasının 22-ci turunda "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edib - 1:0.
Apasport.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
"Oyun mənim üçün çox maraqlı keçdi. Qol epizodlarımız oldu. Sona qədər səbrli müdafiə olunduq və istədiyimiz qolu son dəqiqələrdə tapdıq. Uşaqları təbrik edirəm. Bu qələbə, bu oyun bizə lazım idi. Futbolçular öz güclərinə inanmalı idilər. Bu qələbə ilə çox şeyi geri qaytara bildik. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".
- II Liqada 3-cü turun oyun cədvəli bəlli oldu
- Fernandu Santuş: "Meydana yalnız qələbə üçün çıxacağıq"
- "Qarabağ"ın forvardı getmək istəyir, meneceri komanda tapa bilmir - ÖZƏL
- "Neftçi" və "Murov Az Terminal"dan qələbə
- Tərlan Əhmədov Azərbaycan millisinə inanır: “Üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm”
0
0