Sərtan oynadı, komandası uduzdu
16.03.2024 - 22:51
Sərtan oynadı, komandası uduzdu

Türkiyə 1-ci Liqasında 27-ci tur davam edir.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Sertan Taşkın da növbəti oyununu keçirib.

Onun şərəfini qoruduğu “Manisa” “Çorum”un qonağı olub. Taşkının komandası 3:4 hesabı ilə uduzub. 90 dəqiqə meydanda olan Sertan sarı vərəqə ilə yadda qalıb.

Qeyd edək ki, “Manisa” 30 xalla 11-ci pillədə qərarlaşıb.

writer photo
İsmayıl Xeyrullayev
0