"Ayntraxt"ın məşqçisi vəfat etdi
06.09.2024 - 22:48
"Ayntraxt"ın gənclərdən ibarət komandasının baş məşqçisi Helge Raşe vəfat edib.
Apasport.az xəbər verir ki, o, bədbəxt hadisə nəticəsində həyata gözlərini yumub.
33 yaşlı məşqçinin idarə etdiyi avtomobil ağaca çırpılıb. Mütəxəssis hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, almaniyalı 2020-ci ildən "Ayntraxt"da çalışırdı.
0
0