“Bu, “Aarhus”la cavab oyunundakı hisslərə bənzəyir. Qol buraxdıqdan sonra da inanmağa davam etdik”.
“Apasport”un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Coy Lens Mikels deyib.
“Sabah”ın hücumçusu “Hapoel”lə matçı dəyərləndirib: “Öz-özümüzə deyirdik ki, oyunda yaxşı çıxış edirik. Sonda göstərdik ki, hətta son dəqiqədə belə heç vaxt təslim olmuruq. Tellur möhtəşəm qol vurdu. Stadionda inanılmaz səs-küy var idi, artıq öz səsimi belə eşidə bilmirdim.
Biz bu çempionluğa nail olduğumuz üçün çox qürurluyuq. Bu, bizim üçün çox böyük uğurdur. İndi görək Çempionlar Liqasında nələr edə biləcəyik. Hər oyun bizim üçün xüsusi olacaq və səbirsizliklə bunu gözləyirik”.
O, Tellur Mütəllimovun qolunu belə şərh edib: “Düzünü desəm, həmin an ağlayırdım. Baş verənlərə inana bilmirdim. Son hücum zamanı Allaha dua edirdim. Və həqiqətən də bu baş verdi. Düşünürəm ki, bu, xüsusi bir an idi.
Tellur bunu artıq bir dəfə bizim üçün “Qarabağ”a qarşı kubok finalında etmişdi. İndi isə yenidən eyni şeyi təkrarladı. Mən sadəcə onunla və komandamızla qürur duyuram”.
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- İlahi ədalət və ya bir şəyird ki, ustadına kəm baxa…
- Aleksey İsayev: “Qarabağ”a keçən hər bir futbolçu irəli addım atır”
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- Təmsilçilərimiz finala yüksəldi