“Formula 1”: Sərbəst yürüşə yekun vuruldu - YENİLƏNİB
24.09.2026 - 13:30
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüşə yekun vurulub.
Apasport.az xəbər verir ki, yürüş saat 12:30-da başlayıb.
Ən yaxşı nəticəni "Mersedes" komandası göstərib. Corc Rassell yarışı lider tamamlayıb.
Bu, "Formula 1" üzrə günün ilk sınaq yürüşüdür. Saat 16:00-da ikinci sərbəst yürüş baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
0
0