Matsen "Borussiya"nın hədəfində
02.01.2024 - 20:32
"Çelsi"nin müdafiəçisi Yan Matsen karyerasını "Borussiya"da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Dortmund klubu arxa xətt oyunçusunu heyətinə qatmağı planlaşdırır. Almaniyalılar hələ 2022-ci ilin mayından futbolçu ilə maraqlanır.
Artıq tərəflər onun yanvarda mümkün transferi ilə bağlı artıq danışıqlar aparıb. "Zadəganlar" Matsen üçün 30 milyon funt-sterlinq tələb edir. "Borussiya" hazırda həmin məbləği ödəyə bilmir. Buna görə də futbolçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Matsen bu mövsüm Premyer Liqada 12 oyunda meydana çıxıb.
- Aslan Kərimov: "Bu, “Neftçi” üçün "Qarabağ"a qarşı müəyyən üstünlük yarada bilər"
- Vitali Borisov: “Uşaqlar hansı tapşırıqları vermişdimsə, icra etdilər”
- "Zirə"nin legioneri uğrunda mübarizə davam edir - 1,5 milyon avro
- Tomiyasunun maaşı artırılır
- "Zirə" legioneri ilə bağlı qərarını verdi - EKSKLÜZİV
0
0