Virtz ən yaxşı seçildi
14.03.2024 - 21:27
Bundesliqada ayın futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Bayer"in yarımmüdafiəçisi Florian Virtz layiq görülüb.
O, fevralda ölkə çempionatında 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi səsvermədə komanda yoldaşları Alexandro Qrimaldo, Ceremi Frimponq, həmçinin Kevin Şteqer ("Bohum"), Harri Keyn ("Bavariya") və Xavi Simonsu ("RB Leypsiq") qabaqlayıb.
Qeyd edək ki, Virtzin "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
0
0