"Bavariya"dan Musiala açıqlaması
06.07.2025 - 18:17
Xəbər verdiyimiz kimi, Camal Musiala Klublararası Dünya Çempionatının 1/4 finalında "Bavariya" və PSJ arasında keçirilən oyunda ciddi zədə alıb və fasilədə əvəzlənməli olub.
Apasport.az xəbər verir ki, Almaniya çempionunun həkimləri tərəfindən aparılan müayinələr nəticəsində məlum olub ki, hücumameyilli yarımmüdafiəçinin ayaq biləyinin sınması və çıxması ilə əlaqədar fibula sınığı var.
22 yaşlı futbolçu tezliklə əməliyyat olunacaq.
Zədəsi ciddi olan Musiala uzun müddət yaşıl meydanlardan kənərda qalacaq.
- Branimir Subaşiç: "Fernandu Santuş işinin öhdəsindən gələ bilmir" - Müsahibə
- Aqil Nəbiyev ümidlidir: “Gürcüstan bizlə heç-heçəyə görə sevinirsə...”
- “Real”dan inamlı qələbə, “Arsenal” PSV-ni top atəşinə tutdu - YENİLƏNİB
- Immobile "Bolonya"da
- "Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir
0
0