“Kəpəz” Azərbaycan Kubokunda 200-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, bu, 2025/26 mövsümünün Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində baş verib.
“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.
Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.
Qeyd edək ki, gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.
- "Qalatasaray"dan inamlı qələbə
- "Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb
- Vüsal İsgəndərli: "Milli komandadan dəvət gözləyirdim"
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB