U19 millimiz darmadağınla məğlub oldu
22.03.2025 - 19:23
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Apasport.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.
Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.
- Gənc boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaq
- "Siti"nin futbolçusu mövsümün ikinci yarısını La Liqada keçirəcək
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
- Kamran Əliyev: "Bu sualın cavabını yalnız Fernandu Santuş bilir"
- "Araz-Naxçıvan" 2 futbolçu ilə müqavilə yeniləyib
0
0