"Fənərbaxça" razılaşdı - Klubu oyunçunu cəzalandırdı
25.12.2025 - 11:51
"Fənərbaxça" razılaşdı - Klubu oyunçunu cəzalandırdı

"Samsunspor" Entoni Musabanın davranışları ilə bağlı rəsmi açıqlama yayıb.

Apasport.az xəbər verir ki, futbolçunun transfer xəbərlərinin vizual və sosial mediada yayılmasından sonra klubla münasibətlərini faktiki olaraq kəsdiyi qeyd olunub.

Məlumata görə, Entoni Musaba klubun icazəsi olmadan dünənki məşqə qatılmayıb. Üstəlik, baş məşqçinin qərarına əsasən oyunda çıxış etməsi planlaşdırılsa da, futbolçu oyun heyətinə daxil edilməkdən imtina edib.

Klub tərəfindən vurğulanıb ki, Musabanın yol verdiyi bütün intizam pozuntuları rəsmi olaraq qeydə alınıb. FIFA qaydalarına əsasən, klubla müqaviləsi olan oyunçu klubun yazılı icazəsi olmadan digər klublarla danışıqlar apara və ya onlarla əlaqə saxlaya bilməz.

Açıqlamada həmçinin qeyd edilir ki, hazırkı müqavilə şərtlərini və FIFA qaydalarını açıq şəkildə pozan Entoni Musabaya qarşı klub tərəfindən zəruri intizam tədbirləri görülüb.

Qeyd edək ki, 25 yaşlı futbolçu "Fənərbaxça" ilə 4,5 illik anlaşma əldə edib.