Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar.
Gənclər və idman nazirliyi ilə ASTF-nin birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək.
Nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.
- Adı "Fənərbaxça" ilə hallanan Vlahoviç karyerası ilə bağlı qərar verib
- “Fənərbaxça”nın “Aston Villa” oyunu üçün heyəti: Qayıdanlar və itkilər
- Kenan Yıldıza astronomik maaş təklifi
- Prokurorluq Barış Alper Yılmaz və Abdülkerim Bardakçı ilə bağlı açıqlama yayıb
- Ölkəmizi Avropa çempionatında 39 güləşçi təmsil edəcək