31 may – 1 iyun 2025-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçiriləcək fullkontakt kyokuşin karate üzrə 1-ci dünya çempionatında Azərbaycanı kyokuşin karate üslubu üzrə iki karateçi təmsil edəcək.
Apasport.az xəbər verir ki, yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.
Ölkəmizi 60 kq çəki dərəcəsində Azərbaycan Karate Federasiyasının kyokuşin karate üzrə milli komandasının üzvləri Balaəmi Əhmədov və 70 kq çəki dərəcəsində Əliqismət Həsənov təmsil edəcək. Komandaya AKF -in kontakt üslublar üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə rəhbər Allahverdi Rüstəmov rəhbərlik edir.
Qeyd edək ki, baş məşqçi Samir Məmmədov və beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda ölkəmizi təmsil edəcəklər.
- "Fənərbaxça" Şkrinyarla danışıqları davam etdirir
- Boksçularımız Almatıda 2 qızıl və 3 bürünc medal qazanıblar
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə maraqlanır
- Taekvondoçularımız Qazaxıstan və Özbəkistanda 6 medal qazanıblar