Yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalı sona çatıb.
Apasport.az xəbər verir ki, müxtəlif yaş kateqoriyasında Ziya Qubatov, Yusif Əhədzadə və Mikayıl Hüseynov birinci yeri tutub.
Daniel Konovalov, Fatimə Abdulova və Nurlan Qənizadə ikinci yerdə qərarlaşıb.
Vüqar Əlizadə, Mehin Məstiyeva və Mətin Bəkirli bürünc medalçı olub.
Qızlar arasında ən yaxşı nəticə göstərən Banu Məmmədzadə, Əsra Baxışova və Xədicə Seyidli xüsusi mükafata layiq görülüb. Komanda yarışlarında 3 nömrəli şahmat məktəbi birincilik əldə edib. “Chess Klub” və 4 nömrəli şahmat məktəbi müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.
Qeyd edək ki, turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparıb.
- "Neftçi"nin sabiq futbolçusu: "Emin və Mahir olduqca keyfiyyətli futbolçulardır"
- Okan Buruk "Qalatasaray"dan ayrılacaq oyunçuları açıqladı
- TFF-dən "Qalatasaray"a tarixi cəza
- Son dəqiqə: Super Liqada aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib
- Misli Premyer Liqası: Yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub