Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, mütəxəssis qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsində “İstanbul" (Türkiyə) və “Novara" (İtaliya) komandaları arasında keçiriləcək cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Bu gün İstanbulda baş tutacaq oyunun hakimləri serbiyalı Darko Saviç və ispaniyalı Qloria Suto Ximenez olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
- “Araz-Naxçıvan” daha 2 futbolçusu ilə müqavilə yeniləyib
- "Beşiktaş"da İmmobile problemi: Təklif var, getmir
- Əcnəbi hakimlərin idarə etdiyi "Qalatasaray" - "Fənərbaxça" matçları - Statistika
- “Sabah”ın futbolçusu əməliyyat olunub
- Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb