UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxan "Şaxtyor" rəqibini darmadağınla məğlub edib.
Apasport.az xəbər verir ki, Arda Turan yeni komandası ilə ilk matçında Finlandiyanın "İlves Tampere" komandasını 6:0 hesabı ilə üstələyib.
Arda Turanın komandasına qələbə qazandıran qolları Alisson (2), Noqeyra, Kevin, Pedrinyo və Nyuerton vurub.
Turan bu nəticə ilə revanş öncəsi ciddi üstünlüyü əldə etməklə yanaşı, ilk matçında da ilk qələbəsini qazanıb.
Qeyd edək ki, cavab oyunu iyulun 17-də keçiriləcək. Bu matçın qalibi ikinci təsnifat mərhələsində “Beşiktaş”la qarşılaşacaq.
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- PFL rəsmisi UEFA tərəfindən təyinat alıb
- Tennis millimiz Moldova yığması ilə qarşılaşacaq
- Premyer Liqa: "Arsenal"dan kritik xal itkisi, "Çelsi"dən darmadağın
- Azərbaycan millisi Polşa ilə yoldaşlıq görüşü keçirəcək