Aziz Yıldırım konqresi tərk etdi
08.06.2024 - 19:45
Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın "Yüksek Divan Kurulu"nda gərgin anlar yaşanıb.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"də prezidentliyə namizəd Aziz Yıldırım "Yüksek Divan Kurulu"nun prezidenti Vəfa Küçüyün antidemokratik yolla seçildiyini vurğulayaraq konqresi tərk edib.
Onun son açıqlamasında, "seçki qeyri-demokratik oldu. Mən indi buradan gedirəm. Sabah səs verməyə gələcəm. Dostlarımızdan kimsə qalmaq istəsə, qala bilər", - deyib.
- Yığma komandamız ABŞ millisi ilə təlim-məşq toplanışı keçəcək
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- Əfsanə futbolçu "Zirə"nin rəqibinə baş məşqçi təyin edilib
- "Mançester Yunayted" Şeşko uğrunda Premyer Liqanın 4 klubu ilə yarışacaq
- "Yuventus" son 7 ildə ilk dəfə bunu bacarıb
0
0