Bellinqhem "Borussiya"ya keçir
03.06.2025 - 09:18
"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqhem Dortmund "Borussiya"sına keçmək qərarına gəlib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 19 yaşlı futbolçu Dortmund təmsilçisinin təklifi ilə razılaşıb.
Klublar müqavilə şərtlərini həll etmək üçün danışıqlar aparır. Transfer təxminən 30 milyon avroya başa gələcək.
İngilis son mövsümdə 43 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Jobun qardaşı Cud Bellinqhem daha əvvəl "Borussiya"da çıxış edirdi.
- "Atalanta"nın qolkiperi Madrid klubunda qalacaq - Rəsmi
- Okan Buruk: "Yorğunluğumuz bizi geri çəkilməyə məcbur etdi"
- “Tottenhem” -“Mançester Yunayted” matçında qalib müəyyənləşmədi
- 19 İyul – Dünya "Fənərbaxça"lılar Günüdür: Tarixi qara corablarla başlayan sevgi
- Azərbaycan kikboksçuları Lavtiyada öz güclərini sınayacaqlar
0
0