Flik bunu bacaran ikinci alman məşqçidir
16.05.2025 - 08:16

Kataloniya “Barselona”sı tarixində 28-ci dəfə İspaniya çempionu olub.
Apasport.az xəbər verir ki, bu, Hansi Flikin komandasının "Espanyol"u 2 cavabsız qolla məğlub etməsindən sonra baş verib.
Flik ilk mövsümündə İspaniya çempionluğunu qazanan ikinci alman mütəxəssis olub. Bundan öncə 2008-ci ildə "Real Madrid"i çalışdıran Bernd Şuster buna nail olub.
Qeyd edək ki, İspaniya çempionatının başa çatmasına 2 tur qalmış “Barselona” “Real”ı 7 xal qabaqlayaraq İspaniya çempionu olub.
- "Trabzonspor"da istefa səsləri
- "Türkiyəyə qayıtmaq fikrində deyiləm" - Türkiyəli futbolçu "Nyukasl"dan ayrılmaq istəmir
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- Ranyeri Dibalanın son durumunu açıqlayıb
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
0
0