"İnter"in əsas müdafiəçisi Federiko Dimarko İngiltərə çempionatında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Federiko Dimarko İngiltərə çempionatına keçə bilərmi?
“Mançester Yunayted” 27 yaşlı italiyalını heyətinə qatmaq istəyir. Dimarkonun transferi "qırmızı şeytanlar"ın yay transfer pəncərəsi üçün prioritet hədəfidir.
Dimarko "Real"ın təklifini rədd etdi
Bundan əlavə, "Real Madrid" də Dimarkoya maraq göstərmiş, lakin futbolçu "İnter"də qalmaq istəyini bildirmişdi.
Dimarkonun bu mövsümkü statistikası
İtaliya çempionatının cari mövsümündə Federiko 24 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçinin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- Qəbələdə "Grace of Nature" turniri keçirilib
- Faiq Hacıyev: "Davamlı olaraq milliyə dəvət olunmaq istəyirəm"
- "Çelsi" "Real"ın qapıçısını almaq istəyir
- "Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti