İngiltərənin "Mançester Yunayted" klubunda gözlənilməz hadisə baş verib.
Apasport.az "The Athletic"ə istinadla xəbər verir ki, klubun U-13 komandası iqtisadi ixtisarlar səbəbindən "Everton"la keçirilən qarşılaşmaya kifayət qədər şort və corab olmadan çıxıb.
Oxşar problem qadın futbol komandasında da yaşanıb. Belə ki, komanda "Brann"la keçirilən matçdan əvvəl buts çatışmazlığı yaşayıb.
Məşqçilər son anda problemi həll etmək üçün yerli idman mağazasına gedərək çatışmayan avadanlıqları öz vəsaitləri hesabına alıblar.
Hadisə ilə bağlı klub rəhbərliyindən hələlik rəsmi açıqlama verilməyib.
- Frenki de Yonq “Barselona” ilə yeni müqaviləyə razılıq verib
- Türkiyədə böyük oyunlar: "Dördlər finalı"
- Joze Mourinyo: "Liqanın nəticəsi mövsüm başlamadan öncə müəyyən olunmuşdu"
- UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?