Turin derbisində qalib müəyyənləşmədi, "Milan"dan xal itkisi
09.11.2025 - 01:46
İtaliya A Seriyasının XI turunda daha 4 qarşılaşma baş tutub.
Apasport.az xəbər verir ki, bu gün keçirilən matçlardan üçündə qalib müəyyənləşməyib.
Turun bütün oyunları qolsuz bərabərliklə başa çatıb. “Yuventus” evdə “Torino” ilə qarşılaşıb, lakin tərəflər hesabı aça bilməyib – 0:0. Eyni nəticə “Leççe” – “Verona” və “Komo” – “Kalyari” oyunlarında da qeydə alınıb.
"Milan" isə səfərdə "Parma" ilə məhsuldar heç-heçə edib - 2:2.
İtaliya A seriyası
XI tur
“Komo” – “Kalyari” 0:0
“Leççe” – “Verona” 0:0
“Yuventus” – “Torino” 0:0
"Parma" - "Milan" 2:2
0
0