Türkiyə millisində ciddi itki
12.10.2025 - 15:32
"Fənərbaxça"nın və Türkiyə millisinin əsas oyunçusu İrfan Can Kahveci ötən gün Bolqarıstanla matçda zədələnib.
Apasport.az xəbər verir ki, o, sol topuq nahiyəsindən aldığı zədə səbəbindən ilkin heyətdən kənarlaşdırılıb.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, İrfanın səhhəti ilə bağlı qiymətləndirmə və müayinələr başa çatdıqdan sonra futbolçunun müalicəsi klubunda davam etdiriləcək.
Qeyd edək ki, Türkiyə yığması oktyabrın 14-də 2026 dünya çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasını qəbul edəcək.
- "Sumqayıt"ın legionerləri milliyə çağırılıblar
- "Mançester Yunayted" 60 milyon avroluq oyunçu üçün təklif hazırlayır
- Ruben Amorim “Benfika”nın baş məşqçi postuna namizəddir
- "Mançester Yunayted" Türkiyə millisinin üzvü ilə yolları ayırır
- “Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
0
0