Uilyams Premyer Liqaya keçmək istəyir - 5 klub maraqlanır
14.05.2025 - 09:34
Uilyams Premyer Liqaya keçmək istəyir - 5 klub maraqlanır

"Atletik Bilbao"nun vingeri Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az "TBR Football" nəşrinə istinadla xəbər verir ki, 5 ingilis klubu ispaniyalı futbolçu ilə maraqlanır. 

Mənbənin məlumatına görə, "Arsenal", "Çelsi", "Mançester Siti", "Liverpul" və "Nyukasl" 22 yaşlı futbolçu ilə bağlı ilkin danışıqlar aparıb.

Niko Uilyamsın "Atletik"lə müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndi var. 

Qeyd edək ki, bu mövsüm futbolçu bütün turnirlərdə 44 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.