Rusiya mətbuatı: “Ən dəliqanlı əcnəbi məşqi Azərbaycana gəlib”
03.04.2008 - 18:06
Moskva. Vüqar Xeyrullayev-APA-Sport. Almaniyalı məşqçilərdən birinin Azərbaycana gəlib, digərinin Gürcüstanı tərk etməsinə Rusiya mətbuatı biganə qalmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, rusiyalılar Berti Foqtsun Azərbaycana gəlişi və Klaus Topmöllerin Gürcüstandan gedişi xəbər yazıblar. Həmkarlarımız müstəqillik dövründə keçmiş SSRİ respublikalarına rəhbərlik edən əcnəbilərə toxunub. Uzaq xaricdən MDB və Baltikyanı ölkələrə təşrif buyuran çalışdırıcılar xidmətlərinə görə müxtəlif adlara layiq görülüb. Millimizin sabiq baş məşqçisi Karlos Alberto Torres də unudulmayıb. B.Foqtsun sayəsində xatırlanan dünya çempionu son 11 ildə postsovet ölkələrinə gələn “ən dəliqanlı məşqçi” olub. Bu, onun yığmamızdakı aqressivliyi, hakimlərlə əlbəyaxa olması ilə izah olunub.
Ən birinci Asiyada – Ubiraja Silva Veqa (Braziliya / Özbəkistan)
Avropada birinci – Yohan Boskamp (Belçika/Gürcüstan)
Ən əməkdar – Arno Paypers (Hollandiya/Estoniya və Qazaxıstan)
Ən “rusiyalı” – Yelle Qus (Hollandiya/Estoniya)
Ən “əksrusiyalı” – İvo Şuşak (Xorvatiya/Gürcüstan)
Ən qeyri-tipik – Hari Conson (İngiltərə/Latviya)
Ən dəliqanlı – Karlos Alberto Torres (Braziliya/Azərbaycan)
Ən çox səyahət edən – Bernd Ştanqe (Almaniya/Belarus)
Ən çox tərəqqi edən – Yan Porterfild (Uels/Ermənistan)
Ən məşhur – Klaus Topmöller (Almaniya/Gürcüstan)

0
0