“Qalatasaray” rəqibləri ilə oyunda 7 xal toplayıb
07.10.2008 - 16:17
“Qalatasaray” rəqibləri ilə oyunda 7 xal toplayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin “Qalatasaray” klubu UEFA kubokunda mübarizə aparacağı 4 klubla indiyədək cəmi 4 dəfə qarşılaşıb. “APA-Sport”un məlumatına görə, istanbullular avrokuboklar tarixində ilk dəfə Portuqaliyanın “Benfika” və Ukraynanın “Metallist” komandaları ilə görüşəcək. Ümumilikdə, “Qalatasaray indiyədək heç vaxt Portuqaliya və Ukrayna təmsilçiləri ilə münasibətlərini ayırd etməyib.

“Cim-Bom” üçün digər rəqiblər isə tanışdır. Özü də “Qalatasaray” həm “Herta”, həm də “Olimpiakos”la qrup turnirində, lakin Çempionlar Liqasında üz-üzə gəlib. 1999/2000 mövsümündə almaniyalıları səfərdə darmadağın (4:1) edən türkiyəlilər evdə uğursuz çıxış edib – 2:2. “Olimpiakos”la 2003/04 mövsümündəki oyunlarda isə hər komanda öz meydanında qələbə qazanıb. “Qalatasaray” 1, yunanlar isə 3 cavabsız qolla qonaqları məyus edib. Bir sözlə, 4 rəqiblə 4 oyunda 7 xal toplayan istanbullular yenidən 4 qarşılaşmaya çıxacaq. Bu dəfə 7 xalın qazanılması isə qrup səddinin 99 faiz aşmaq deməkdir.
0