Roberto Karlos yeni sevdaya düşüb
03.12.2008 - 10:50
“Fənərbaxça” klubunun futbolçusu Roberto Karlos UEFA kubokuna göz dikib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçinin kolleksiyasında yalnız adıçəkilən mükafat yoxdur. Titullarının çoxunu Madrid “Real”ında qazanmış braziliyalı məhz bu səbəbdən yeni sevdaya düşüb.
“Real”da çıxış etdiyim vaxt əksər hallarda Çempionlar Liqasında oynayırdıq. 3 dəfə bu turnirin qalibi olmuşuq. Bəzən titul qazanmasaq da, pley-offa qədər irəliləyirdik. UEFA kubokunu qazanmağı ürəkdən istəyirəm, çünki onun çatışmazlığı hiss edirəm” - deyə Karlos vurğulayıb.
“Fənərbaxça” UEFA kubokuna yüksəlmək üçün gələn həftə Kiyevdə “Dinamo”nu məğlub etməlidir. Karlos bununla bağlı nikbin fikirdədir: “UEFA kubokunda finaladək irəliləməyimizə mane ola biləcək səbəb görmürəm. Azarkeşlərimiz bizim “Milan” kimi “nəhəng” komandalarla qarşılaşmağımızı istəyirlər. Mən hələ UEFA kubokuna yiyələnməmişəm, bunu doğma meydanında qazana bilərik. Bəlkə də bu, Allahın mənə göndərdiyi işarədir”.
Qeyd edək ki, UEFA kubokunun 2008/09 mövsümünün finalı gələn ilin mayında “Fənərbaxça”nın ev oyunlarını keçirdiyi “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

0
0