“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz Türkiyə Super Liqasının növbəti turunda “Konyaspor”la qarşılaşmanı buraxa bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
26 yaşlı futbolçu “Fənərbaxça” ilə derbidə əzələ ağrılarına baxmayaraq, meydana çıxıb. O, komandasının 2:1 hesablı qələbə qazandığı görüşdə Viktor Osimhenin qolunun məhsuldar ötürməsini verib.
“Məlumata görə, ‘Qalatasaray’ın məşqçilər korpusu Barış Alperin səhhətini riskə atmamaq qərarına gəlib. Türkiyə millisinin üzvü bu həftə müalicəsini davam etdirəcək və ‘Konyaspor’la qarşılaşmada ona şans verilməyəcək.”
Barış Alperin əvəzinə Rafael Leaonun start heyətində meydana çıxacağı bildirilir.
Qeyd edək ki, “Konyaspor” – “Qalatasaray” qarşılaşması oktyabrın 30-da keçiriləcək.
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
- İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI