Tərlan Əhmədova məşqçilik lisenziyası verildi
04.12.2008 - 12:40
23 azərbaycanlı məşqçi B kateqoriyası alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, B kateqoriyalı lisenziya kursunu müvəffəqiyyətlə başa vurmuş məşqçilər - Vidadi Rzayev, Məhərrəm Həsənov, Məhərrəm Bağırzadə, Hafiz Əliyev, Teymur Muradov, Bəxtiyar Musayev, Adil Mahmudov, Roman Cəfərov, Vəli Hüseynov, Tərlan Əhmədov, Emin Salmanov, Yaşar Hüseynov, Müşfiq Hüseynov, Səttar Əliyev, Ramiz Səadətov, Rüfət Quliyev, Hüseynqulu Quliyev, Bəhram Şahquliyev, İlham Qurbanov, Asəf Namazov, İsmayıl Əliyev, Rövşən Babayev və Rauf Salamova müvafiq sertifikatlar təqdim olunub. Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov müxtəlif kateqoriyalı lisenziya əldə etməyə imkan verən kursların keçirilməsini ölkəmizdə futbolun inkişafı naminə görülən işlərin tərkib hissəsi olduğunu bildirib. Məmmədov qeyd edib ki, məşqçilərin ixtisasının artırılması üçün gələcəkdə də AFFA tərəfindən kompleks tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, B kateqoriyası alanlardan yalnız Bakının “Olimpik” klubunun 37 yaşlı kapitanı Tərlan Əhmədov futbolçu karyerasını hələ davam etdirir.
Qeyd edək ki, B kateqoriyası alanlardan yalnız Bakının “Olimpik” klubunun 37 yaşlı kapitanı Tərlan Əhmədov futbolçu karyerasını hələ davam etdirir.
0
0