Benites iki qolla “Barselona”ya meydan oxudu
16.12.2009 - 09:53
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan klublararası dünya çempionatında ilk yarımfinal oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Estudiantes” yarışın finalına vəsiqə qazanıb. Libertadores kubokunun qalibi olan argentinalılar dramatik görüşdə Cənubi Koreyanın “Pohanq Stilers” komandasını məğlub ediblər - 2:1.
Oyunun 45+2-ci və 53-cü dəqiqələrində iki qola imza atan Benites cənubi amerikalılara üstünlük qazandırsa da, “Estudiantes” çətin anlar yaşayıb. 56-cı dəqiqədə bir futbolçusu meydandan qovulan koreyalılar özündə güc tapıb nəinki üstünlüyü ələ alıb, hətta fərqi minimuma endirib. Lakin braziliyalı Denilsonun qolundan (71 dəq) 1 dəqiqə sonra hakim asiyalıların daha bir futbolçusunu da meydandan qovub. 77-ci dəqiqədə isə Koreya təmsilçisi 8 nəfərlə qalıb. “Pohanq Stilers”ə üçüncü qırmızı vərəqə göstərən Roberto Rozetti bu dəfə qapıçı Şin Xva Yonu cəzalandırıb. Artıq hesabına 3 qol yazmaqla, yarışın bombardirləri siyahısına başçılıq edən Denilson əvəzedici limiti bitən komandasını xilas etmək üçün əlcəkləri taxaraq qapıya keçib. Lakin argentinalılar braziliyalını məyus edə bilməyib.
Qeyd edək ki, “Estudiantes”in dekabrın 19-da keçiriləcək finaldakı rəqibi bu gün baş tutacaq “Barselona” (İspaniya) – “Atlante” (Meksika) qarşılaşmasında müəyyənləşəcək.

- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0