Berti Foqts: Öncə Lənkərana, sonra Ağdama
23.04.2010 - 13:38
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakını tərk edib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, 64 yaşlı alman mütəxəssis Lənkərana gedib. Onun səfəri Unibank Premyer Liqasının XXIX turu çərçivəsində bu gün saat 18:00-da keçiriləcək “Xəzər-Lənkəran” – “İnter” oyununu izləmək məqsədi daşıyır. Foqts bundan sonra Lənkərandan Ağdama yollanacaq. O, sabah – aprelin 24-də Quzanlı qəsəbəsinə gedərək, “Qarabağ” – “Qəbələ” oyununu da canlı izləyəcək.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0