Azərbaycan çempionunun seriyası qırıldı
30.06.2010 - 22:19
Bakının “İnter” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışı keçirən son Azərbaycan çempionu yerli "Vidima Rakovski" klubu ilə qarşılaşıb. Bakılılar bu mövsüm Bolqarıstanın yüksək liqasında iştirak etmək hüququ qazanan rəqibini məğlub edə bilməyib – 2:2. “İnter”in qollarını Səbuhi Məmmədov və Camal Məmmədov vurublar.
Qeyd edək ki, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri buna qədər keçirdikləri dörd yoxlama oyununun hamısında qələbə qazanmışdılar. “İnter”in qələbə seriyası da məhz bugünkü matçda qırılıb.
Qeyd edək ki, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri buna qədər keçirdikləri dörd yoxlama oyununun hamısında qələbə qazanmışdılar. “İnter”in qələbə seriyası da məhz bugünkü matçda qırılıb.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0