Nikolay Bunya: “Bu, “Xəzər-Lənkəran”a uduzmağımıza əsas vermir
01.07.2010 - 16:57
“Xəzər-Lənkəran” klubu Azərbaycanın futbolunun liderlərindəndir. Yəni ciddi rəqiblə qarşılaşacağıq. Buna baxmayaraq, futbolçular oyuna tam hazırlaşıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldovanın “Olimpiya” klubunun baş məşqçisi Nikolay Bunya deyib.
Beltsı təmsilçisinin çalışdırıcısı bu gün Avroliqanın I təsnifat mərhələsində evdə görüşəcəyi “Xəzər-Lənkəran”ın 3 oyununa baxdığını bildirib: “Rəqibimizin “Qarabağ”, “Qəbələ” və “İnter”lə oyununun videoyazısına baxmışıq. Texnikalı futbolçuları var. Amma bu, məğlub olmağımıza əsas vermir. Komandada əhval-ruhiyyə yaxşıdır. Yetirmələrim öz tapşırıqlarını alıblar. Evdə oynayırıq və azarkeşlərimizi sevindirməyə çalışacağıq. Fikrimcə, onlar maraqlı oyun izləyəcəklər”.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0