Ağayevin komandası qələbə qazandı
02.07.2010 - 12:15
Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayevin formasını geyindiyi “Volqa” klubu növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Rusiya çempionatının ikinci divizionunda mübarizə aparan “Tver” təmsilçisi “Tekstilşik”lə qarşılaşıb. Oyun 2:0 hesabı ilə başa çatıb. Qələbəni “Volqa” bayram edib. Tver klubunun qollarını Serbin və Korçaqin vurub. Həmyerlimiz 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Emin Ağayev yığmamızla yanaşı, “Neftçi” və “Olimpik-Şüvəlan”ın da formasını geyinib.
Qeyd edək ki, Emin Ağayev yığmamızla yanaşı, “Neftçi” və “Olimpik-Şüvəlan”ın da formasını geyinib.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0