Kamran Ağayev: Rəqib komandanın qol vurmaq imkanı daha real idi
02.07.2010 - 12:43
“Qələbə qazanmağa nə çatışmadı? Bunu baş məşqçi bilər! Bizim öhdəmizə düşən qapımızdan top buraxmamaq idi, bunu da bacardıq”. Bu fikirləri apasport.az saytının Moldovaya ezam olunmuş əməkdaşına açıqlamasında “Xəzər-Lənkəran” klubunun kapitanı Kamran Ağayev deyib.
Avroliqanın I təsnifat mərhələsində Moldovada “Olimpiya” ilə qolsuz heç-heçə edən lənkəranlılar növbəti mərhələyə çıxmaq şansını yüksəltdi. Kamran komandasının buna daha layiq sayır: “Oyunda bizim də qol imkanlarımız oldu, onlarda da. Düzdür, “Olimpiya”nın qol vurmaq imkanı daha real idi. Ancaq fikrimcə, qələbəyə özümüz layiq idik. Bu, futboldur, hər şey ola bilər. Uda da bilərik, uduza da”.
Ağayev kapitan kimi fərqləndirilməsi ilə də razılaşmayıb. Yığmamızın da əsas qapıçısı olan Kamran meydanla bağlı ayrı-seçkiliyi düzgün saymır: “Həmişə demişəm ki, peşəkar futbolda kapitan olmur. Hər kəs özünə görə kapitandır. Bu sarğı yalnız meydanda lazım olur. Moldovada udmaq lazım idi. Futbol elə bir idman növüdür ki, evdə, yaxud səfərdə oynamağından asılı olmayaraq, nəyə qadir odluğunu göstərməlisən. Mən güclüyəmsə, orda da, burda qalib gəlməliyəm. Eləcə də, rəqib bunu edə bilər. Sadəcə, hələ işləməliyik. Özümə gəlincə, çox məşq etməli, əvvəlki formamı bərpa etməliyəm”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0