“Xəzər-Lənkəran”ı məğlub edə bilmədiyimizə görə üzr istəyirəm”
02.07.2010 - 13:50
“Mən “Xəzər-Lənkəran” üzərində evdə qələbə qazana bilmədiyimizə görə azarkeşlərdən üzr istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Moldovanın “Olimpiya” klubunun baş məşqçisi Nikolay Bunya edib.
Avrokuboklarda debüt edən Beltsı təmsilçisi lənkəranlılarla ev oyununda qolsuz bərabərlikdə kifayətləndi. Qələbə qazanmağı qarşıya vəzifə qoyan Bunya bəxtdən gileylənib: “Uğur bir az bizdən üz döndərmişdi. Rəqib qapımız qarşısında bir vəziyyət yarada bilmədi. Ancaq dərk edirəm ki, cavab görüşü tamam başqa cür olacaq. Bizə mübarizə aparmaq lazım gələcək. Hərçənd, nəticə məni qane etdi. Növbəti mərhələyə çıxmaq şansımız hələ qalır”.
Qeyd edək ki, “Olimpiya” “Xəzər-Lənkəran”la cavab oyununu iyulun 8-də Lənkəranda keçirəcək.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0