Vaqif Cavadov üçün həvəskar və yarımpeşəkar klublar
02.07.2010 - 23:03
Hollandiya kubokunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi “Tvente” klubunun potensial rəqibləri məlum olub.
21 yaşlı hücumçumuzun komandası mübarizəyə üçüncü mərhələdən başlayacaq. Bu mərhələnin oyunları bu il noyabrın 9-11-də keçiriləcək. Enshedelilərin rəqibi isə ikinci mərhələdə müəyyənləşməlidir. “Tvente” “Kapel” – “Snek” cütünün qalibi ilə görüşməlidir. Aşağı dəstə təmsilçiləri arasında matç isə sentyabrın 21-23-də baş tutacaq.
Qeyd edək ki, “Kapel” Hollandiya çempionatının gücünə görə III dəstəsi sayılan Topklasda, “Sneek” isə IV dəstədə - Hufdklasda çıxış edir. “Zanbaqlar ölkəsi”ndə yalnız ilk iki dəstə peşəkar statusuna malikdir. Hufdklas həvəskar liqa sayılırsa, Topklas bufer dəstəsidir.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0