“Şaxtyor” Doroşu bəyənmədi
06.07.2010 - 09:09
Ötən mövsüm Unibank Premyer Liqasında bombardirlər siyahısında yalnız Fərid Quliyevdən geri qalan moldovalı hücumçu Anatoli Doroş özünə klub tapa bilmir. Apasport.az saytının məlumatına görə, “Olimpik-Şüvəlan”ın imtina etdiyi futbolçunun Qazaxıstanda növbəti cəhdi uğursuz alınıb. Doroş “Tobol”dan sonra “Şaxtyor”da baxışda olsa da, bəyənilməyib. O, bir həftə ərzində Karaqanda təmsilçisinin baş məşqçisi Vladimir Çeburinin rəğbətini qazana bilməyib.
Qeyd edək ki, Doroş ötən çempionatımızda 12 qol vurub.
Qeyd edək ki, Doroş ötən çempionatımızda 12 qol vurub.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0