“Muğan”ın son transferi - FOTO
02.09.2010 - 17:30
“Muğan” Litva yığmasının futbolçusunu transfer edib. Bu haqda apasport.az saytına məlumat verən komandanın vitse-prezidenti Bəhruz Şirəliyev bildirib ki, 30 yaşlı müdafiəçi İrmantas Zelmikası heyətlərinə qatıblar:
“İsraildə oynayan Zelmikasın keçidini “transfer pəncərəsi”nin bağlanması ərəfəsində reallaşdırdıq. İrmantasla bir illik müqavilə bağlamışıq. Yığmasının üzvü olan litvalının müdafiə xəttimizi gücləndirəcəyinə inanırıq” – deyə, Şirəliyev bildirib.
Qeyd edək ki, İrmantas “Muğan”ın tarixinə nəinki Litvadan, ümumiyyətlə, Baltikyanı təmsilçisindən ilk futbolçu kimi düşdü. 2009-cu ildən “Hapoel” klubunda oynayan (17 oyun) müdafiəçi vətənində “İnkaras”, “Kareda”, “Kaunas”, “Şilute”, “Suduva”da çıxış edib.
Ölkə xaricində Belarusda “MTZ-RİPO” (2004-cü il, 7 oyun, 1 qol), Ukraynada “Tavriya” (2006-08-ci illər, 30 oyun, 1 qol) klubunda oynayıb. Yaxşı fiziki göstəricilərə malik legioner 1,90 metr boya malikdir. Yığmada 13 oyun keçirən İrmantas sonuncu matçda – avqustun 11-də Belarus yığması ilə keçirdikləri yoldaşlıq görüşündə iştirak edib.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0