Robertson Şotlandiya millisinin tarixinə düşüb
17.11.2026 - 11:28
Endryu Robertson Şotlandiya millisinin tarixində ən çox oyun keçirən futbolçu olub.
Apasport.az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqası çərçivəsində İsveçrəyə qarşı keçirilən görüşdə start heyətində meydana çıxıb.
Komandanın kapitanı üçün bu, yığmanın heyətində 103-cü oyun olub.
Beləliklə, Robertson Kenni Dalqlişin rekordunu geridə qoyaraq Şotlandiya millisində ən çox matça çıxan futbolçu adına sahib çıxıb.
0
0