A Seriyası klubunda yeni müqavilə - RƏSMİ
17.11.2026 - 14:51
A Seriyası klubunda yeni müqavilə - RƏSMİ

"Atalanta"da yeni müqavilə qeydə alınıb.

Apasport.az xəbər verir ki, komanda müdafiəçi Lorenso Bernaskoni ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 23 yaşlı oyunçu ilə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Bernaskoni bu mövsüm "Atalanta"nın heyətində 13 rəsmi matçda iştirak edib.