“Neftçi” – “Muğan” oyununun hakimini dəyişdilər
14.09.2010 - 11:22
Unibank Premyer Liqasının V turundan təxirə salınan "Neftçi" - "Muğan" oyununda hakim dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək matçda yan xətt hakimlərindən biri Eldar Nağıbəyov olacaq. O, qarşılaşmaya əvvəldən təyinat alan Munis Abdullayevi əvəzləyib. Peşəkar Futbol Liqasının rəsmi internet saytı bu dəyişikliyi Abdullayevin ailə vəziyyəti ilə əlaqələndirib.
Qeyd edək ki, bu gün saat 19:00-da başlayacaq matçı Ramil Diniyev idarə edəcək. Ona Nağıbəyovla yanaşı Roman Vasilyev və Elnur Muradov kömək edəcəklər.
Qeyd edək ki, bu gün saat 19:00-da başlayacaq matçı Ramil Diniyev idarə edəcək. Ona Nağıbəyovla yanaşı Roman Vasilyev və Elnur Muradov kömək edəcəklər.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0