Polşalı fanatlar polisi bıçaqladılar - FOTO
26.03.2011 - 16:31
Litva və Polşa arasında keçirilən yoldaşlıq oyunu xoşagəlməz hadisə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Kaunasda baş tutan oyunda 1 polis işçisi ciddi xəsarət alıb.
Oyunun gedişində qanun keşikçisi bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onu qonaq komandanın azarkeşlərinin yaraladığı bildirilir.
Belə ki, 200 nəfərdən ibarət Polşa fanatları bütün oyun ərzində qalmaqal yaratmaq, polisə butulka və daşlar atmaqla onları təxribata çəkiblər. Yalnız gözyaşardıcı qaz və itlərin köməyi ilə qonaq azarkeşlərin olduqları sektorda qayda-qanun yaratmaq mümkün olub. Nəticədə 12 polşalı xuliqan həbs olunub.
Qeyd edək ki, Litva – Polşa matçında ev sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

- Spallettidən Martinez açıqlaması – "Hazırda iki qapıçımız var"
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
0
0