UEFA rəsmisi Azərbaycandan razı qaldı
29.03.2011 - 23:13
UEFA-nın Hakimlər Konvensiyasının Azərbaycan üzrə məsul nümayəndəsi Donald Makvikar növbəti dəfə ölkəmizə səfər edib. Apasport.az saytının xəbərinə görə, səfər proqramı çərçivəsində Makvikar AFFA-nın inzibati binasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov və təlimatçılarla görüş keçirib.
Tədbirdə UEFA-nın Hakimlər Konvensiyasının tələbləri barədə məlumat verilib, ölkəmizdə bu Konvensiyaya qoşulmaq məqsədilə görülən müvafiq işlər, xüsusilə regionlarda hakimliyin inkişafı üçün həyata keçirilən tədbirlər qeyd olunub. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında hakimliklə bağlı maraqlı məqamları əks etdirən videoçarx nümayiş etdirilib. Makvikar görülən işlərdən razı qaldığını bildirib.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0