FİFA millimizin rəqibinin oyununun nəticəsindən şübhələnib
02.03.2012 - 10:21
Azərbaycan milli komandasının bu il ilk ev oyununda rəqibi olan Bəhreyn yığması qalmaqalın iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, FİFA bu yığmanın 2014-cü il dünya çempionatının seçmə mərhələsinin Asiya zonasında İndoneziya millisinə fevralın 29-da 10:0 hesabı ilə qalib gəldiyi oyunu araşdıracaq. Bu da matçın nəticəsinin şübhə doğurmağı ilə bağlıdır. Belə ki, Bəhreyn qrupda Qətər yığmasını qabaqlayıb, növbəti mərhələyə çıxmaq üçün 9 top fərqi ilə qalib gəlməli idi. Bundan əlavə, bəhreynlilərə Qətərin İran yığmasına uduzmağı lazım idi. Ancaq bu, onlara müyəssər olmayıb. Belə ki, qətərlilər sona 7 dəqiqə qalmış hesabı 2:2 edərək, növbəti mərhələyə çıxıb.
FİFA-nın bəyanatında deyilir ki, xüsusi komissiya matçın danışılmış xarakter olmağını araşdıracaq: “Belə qərar qeyri-adi nəticəyə görə qəbul olunub. Bu da komandanın gücü və əvvəlki oyunların statistikaları ilə əlaqədar nəzərə alınıb”.
Qeyd edək ki, Azərbaycan – Bəhreyn yoldaşlıq görüşü avqustun 15-də keçiriləcək.

- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
0
0