Debütantla ilk səfər sınağı
02.03.2012 - 10:47
Premyer Liqanın XXII turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” tarixində ilk dəfə bu rəqiblə səfərdə görüşəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, debütantla indiyədək yalnız 1 dəfə görüşən Lənkəran təmsilçisi rəqibini mövsümün ilk turunda Lənkəranda qəbul etmişdi.
Həmin vaxt “Sumqayıt Şəhər” adlanan rəqib Premyer Liqada ilk sınağını məhz “Xəzər Lənkəran”a vermiş və məğlub olmuşdu. 210 gün əvvəlki qarşılaşmada qonaqları minimal fərqlə məğlub edən “ağ-yaşıllar” eyni uğuru səfərdə təkrarlamağa çalışacaq. Ötən il avqustun 6-da baş tutan matçda Emeka Opara və Julius Vobayın qolları ilə artıq ilk yarıda matçın taleyi həll olunmuşdu.
Sumqayıtlılar isə final fitinə 6 dəqiqə qalmış hesabda fərqi azalda bildilər.

| Mövsüm | Tarix | Turnir | Yer | Hesab |
|---|---|---|---|---|
| 2011/12 | 06.08.2011 | çempionat | evdə | 2:1 |
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
0
0