Aleksandr Şoliç: Meydana 3 xal üçün çıxacağıq
02.03.2012 - 14:25
“İnter”lə oyunda bizə yalnız qələbə lazımdır. Bunu anlayırıq və meydana 3 xal üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın xorvatiyalı futbolçusu Aleksandr Şoliç deyib.
Təcrübəli yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında Premyer Liqamızın XXII turu çərçivəsində “İnter”lə sabahkı oyunla bağlı fikirlərini bildirib.
Şoliç evdəki Bakı derbisində qələbə qazanmağın yolunu göstərib: “Ötən ev oyunumuzda aldığımız böyük hesablı məğlubiyyət bir daha təkrarlamamalıdır. Bu oyunda hamımız meydanda bir adam kimi sonadək mübarizə aparmalıyıq. Rəqib güclüdür, qələbə naminə əlimizdən gələni etməliyik. Dediklərimi meydanda həyata keçirsək, qələbə qazanmaq çətin olmayacaq".
Qeyd edək ki, “Bakı” qış fasiləsindən sonra ilk oyununda evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzub.

- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
0
0