Bernard Raab: “Xəzər Lənkəran”ın 1-ci yerə böyük şansı var
03.03.2012 - 17:10
“Premyer Liqada ən fərdi oynayan komandaya qarşı mübarizə apardıq. İlk dəqiqələrdən bilinirdi ki, rəqib ilk, biz isə ikinci “altılıq” üçün oynayırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Bernard Raab deyib.
Almaniyalı mütəxəssisin çalışdırdığı komanda bu il ardıcıl 3-cü məğlubiyyətini “Xəzər Lənkəran”dan aldı.
Buna qədər “Neftçi”yə də evdə 0:3 hesabı ilə uduzan “Sumqayıt”ın çalışdırıcı bu dəfə oyunun taleyini artıq ilk hissədə həll olunduğunu bildirib: “Fasiləyədək buraxdığımız ikinci qoldan sonra artıq hər şey müəyyən oldu. Futbolçularıma tapşırmışdım ki, oyun boyu mübarizə apararaq “Xəzər Lənkəran”a çətinlik yaratsınlar. Ancaq bu, bizdə alınmadı. Oyunun nəticəsi ilə razıyam. İki qolu səhvlərimiz nəticəsində buraxdıq. Mövqe səhvlərimiz var idi. “Xəzər Lənkəran” yaxşı komandadır. Birinci yerə böyük şansı var”.

- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0